Qətərin nüfuzlu "The Peninsula" qəzetində AR Fövqəladə Hallar naziri və AR İqtisadiyyat nazirinin müavini ilə geniş müsahibələr dərc olunub
Qətərin nüfuzlu ingilis dilli qəzeti olan “The Peninsula” qəzetində bu qəzetin baş redaktoru Dr. Xalid Mubarak Al Şafinin Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən sədri, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun və Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ilə geniş müsahibələri dərc olunmuşdur. Qətər-Azərbaycan münasibətlərinin ən müxtəlif aspektlərinin müzakirə olunduğu müsahibələrdə, ikitərəfli siyasi, iqtisadi və ticarət əlaqələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ölkəmizin turizm imkanları ilə bağlı geniş məlumatlar təqdim olunmuşdur. Məqalə ilə “The Peninsula” qəzetinin 3 Mart 2020-ci il tarixli sayından tanış olmaq mümkündür.