2020-02-05

Qətərin “The Peninsula” qəzetində AR Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və AR Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə geniş müsahibələr dərc olunub

Qətərin nüfuzlu ingilis dilli qəzeti olan “The Peninsula” qəzetində bu qəzetin baş redaktoru Dr. Xalid Mubarak Al Şafinin Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə geniş müsahibələri dərc olunmuşdur. Qətər-Azərbaycan münasibətlərinin ən müxtəlif aspektlərinin müzakirə olunduğu müsahibələrdə, ikitərəfli siyasi, iqtisadi və ticarət əlaqələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ölkəmizin turizm imkanları, turizm siyasəti, əcnəbi ziyarətçilər, o cümlədən Qətər vətəndaşları üçün tətbiq edilmiş güzəştlər və sadələşdirilmiş viza proseduru, ümumiyyətlə Azərbaycanın mədəni, iqtisadi və siyasi həyatı ilə bağlı geniş məlumatlar təqdim olunmuşdur. Məqalə ilə “The Peninsula” qəzetinin 4 fevral 2020-ci il tarixli sayından tanış olmaq mümkündür.

Arxiv üzrə axtarış