2020-02-04

Azərbaycan şirkətləri Dohadakı bal sərgisində iştirak edir

Dohanın tarixi məkanlarından biri olan  "Souq Waqif" meydanında 3-cü "Souq  Waqif Bal Sərgisi" öz işinə başlayıb. Qətərin Özəl Mühəndislik Ofisi ilə Qətər Ticarət və Sənaye Nazirliyinin əməkdaşlığı, eləcə də Qətərin Bələdiyyə və Ətraf Mühit Nazirliyinin iştirakıyla baş tutan tədbirdə 37 ölkədən 150-ə yaxın şirkət öz bal və bal məhsullarını təqdim edir. Sərgidə 50-dən çox bal çeşidi sərgilənir. Azərbaycan Respublikasından "Ballı" və "I'm Honey" şirkətlərinin məhsulları sərgidə təqdim olunmuşdur.

Bənzərsiz Azərbaycan balının ən müxtəlif növlərinin təqdim olunduğu bu stendlər sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanmışdır.

Arxiv üzrə axtarış