2019-12-26

Səfir Rəşad İsmayılov Qətərin Baş Naziri və Daxili İşlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Təni ilə görüşüb

Bildiririk ki, 25 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Baş Naziri və Daxili İşlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Təni ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələri, onların inkişaf etdirilməsi və gücləndirilməsi yolları müzakirə edilib. 

Səfir R.İsmayılov ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində atılmış addımlar, eləcə də həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Görüşdə ölkələr arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Görüş qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi ilə davam edib.

Arxiv üzrə axtarış