2019-12-11

Qətərdəki Azərbaycan icmasının nümayəndələri ağac əkmə aksiyasında iştirak edib

9 dekabr 2019-cu il tarixində Qətərin paytaxtı Doha şəhərində Qətər Dövlətinin Mədəniyyət və İdman Nazirliyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Qətər Mədəni və İrsi Tədbirlər Mərkəzini birgə əməkdaşlığı ilə “Doha 2019-cu il İslam Gənclərinin Paytaxtı” tədbirləri çərçivəsində ağac əkmə aksiyası keçirilmişdir.

Tədbirdə yaşıllıq ərazilərinin genişləndirilməsinə töhfə və ətraf mühitin inkişafına dəstək məqsədilə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Qətərdə yaşayan vətəndaşları tərəfindən təmsil etdikləri ölkənin adından bir ağac əkmək nəzərdə tutulmuşdur.

Qətərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları da tədbirdə fəal iştirak edərək, Azərbaycan Respublikası adından ağac əkmişlər.

Öz növbəsində, tədbir təşkilatçıları Qətər-Azərbaycan dostluq münasibətlərinin inkişafı və ətraf mühitin qorunmasına verdikləri töhfəyə görə soydaşlarımıza təşəkkürlərini bildirmişlər.

Arxiv üzrə axtarış