2019-09-18

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətərin Vəqflər və İslam İşlər naziri Ğeys bin Mubarak Əl Kuvari ilə görüş keçirib

16 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətərin Vəqflər və İslam İşlər naziri Ğeys bin Mubarak Əl Kuvari ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan-Qətər münasibətləri haqqında fikir mübadiləsi aparılıb. Dövlət başçıları arasındakı dostluq münasibətlərinin və son illər ərzində ən yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafındakı roluna toxunulub.

Səfir Azərbaycanda əsrlərlə bir çox millətlərin və dini konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığını bildirərək, tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini səciyələndirən əsas xüsusiyyətlərdən biri olduğunu vurğulayıb. Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası dialoqun inkişafına verdiyi töhfədən danışan səfir, ölkə rəhbərliyinin xüsusi diqqəti sayəsində Azərbaycanda mütəmadi olaraq bu istiqamətdə yüksək səviyyəli beynəlxalq tədbirlərin təşkil edildiyini bildirib.

Görüşdə iki ölkə arasındakı möhkəm dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən dini işlər sahəsində əməkdaşlığın inkişafına əlverişli zəmin yaratdığı qeyd olunub. Bu sahədə əlaqələrin inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış