2019-07-22

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Qətər Dövlətinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Qətər Dövlətinin nümayəndə heyəti ilə görüş keçirilib. Agentliyin sədr müavini Balarəhim Quliyev Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaieyin ilə görüşüb.

Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətinə məlumat verilib.


Görüşdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Qətər Dövləti ilə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Arxiv üzrə axtarış