2019-07-22

Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaie ilə görüş keçirib

19 iyul 2019-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizdə səfərdə olan Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə son illər ərzində ölkəmizdə, xüsusilə Bakı şəhərində aparılmış abadlıq-quruculuq işləri haqqında qonaqlara ətraflı məlumat verilib. Bakı Şəhər İcra Hakimiyyəti ilə Doha Bələdiyyəsi arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Arxiv üzrə axtarış