2019-06-17

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Gömrük Baş İdarəsinin sədri Ahmed bin Abdullah Al Jamal ilə görüşüb

16 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Gömrük Baş İdarəsinin sədri Ahmed bin Abdullah Al Jamal ilə görüşüb. Görüş zamanı iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları və idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin qarşılıqlı tanınması məsələsi müzakirə edilib.

Görüşdə Dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi mühüm töhfədən söz açılmış və son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaradılmış hüquq-müqavilə bazasının əhəmiyyətindən bəhs edilib. Eyni zamanda, malların ixracı zamanı sənədlərin təsdiqi prosesinin müəyyən vaxt itkisinə səbəb olduğu nəzərə alınaraq, iki ölkə arasında mənşə, baytarlıq, fitosanitar və digər bu kimi sertifikatların qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına stimul verəcəyi qeyd olunub.  

Arxiv üzrə axtarış