2019-02-25

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Qətərin “Peninsula” qəzetində geniş məqalə dərc edilib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə  Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar  Qətərin nüfuzlu ingilis dilli “the Peninsula” qəzetində geniş məqalə dərc edilib.

Məqalədə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Xocalı qırğınının bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğu və faciə zamanı insanların əsas hüquqlarının, ən başlıcası, yaşamaq hüququnun kütləvi şəkildə pozulduğu diqqətə çatdırılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq müstəvidə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat kampaniyasının Xocalı faciəsinin dünyada soyqırım aktı kimi tanınmasında mühüm rol oynadığı nəzərə çatdırılıb. Yazıda Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının bütün elementlərinə görə BMT qətnamələrində nəzərdə tutulan “genosid” məfhumuna uyğun gəldiyi vurğulanıb.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinə, bu yöndə BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrə, Ermənistan tərəfindən həmin qətnamələrə məhəl qoyulmaması və Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalması kimi məsələlərə yer verilib. Azərbaycan xalqının Xocalı şəhidlərinin xatirəsini həmişə yad edəcəyi və ölkənin ərazi bütövlüyünün bərpasınadək mübarizəsini davam etdirəcəyi bildirilib.

 

Məqalə aşağıda qeyd edilən “link” vasitəsilə əldə edilə bilər.

https://www.thepeninsulaqatar.com/article/20/02/2019/Azerbaijan-Embassy-marks-27th-anniversary-of-Khojaly-massacre

Arxiv üzrə axtarış