2019-02-21

Qətərin “Peninsula” qəzetində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovla müsahibə və Qətərdəki Azərbaycan diasporunun fəaliyyəti barədə məqalə nəşr ulunub

Qətərin ingilis dilli “Peninsula” qəzetinin 18 fevral tarixli nəşrinin bütöv bir səhifəsi Azərbaycan Respublikasına həsr edilib. Səhifədə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovla müsahibə və Qətərdəki Azərbaycan diasporunun fəaliyyəti barədə geniş məlumat əks olunub.

Səfir Rəşad İsmayılov müsahibədə Azərbaycan-Qətər münasibətləri haqqında geniş məlumat vermib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir, ərazilərimizin erməni işğalından azad edilməsinə dair beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT tərəfindən qətnamələrin qəbulunda Qətərin verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Müsahibədə Azərbaycan-Qətər iqtisadi-siyasi əlaqələri, mövcud müqavilə-hüquq bazası, ikitərəfli əməkdaşlığın əsas prioritet istiqamətləri və ölkəmizin cəlbedici investisiya və turizm imkanları kimi bir çox məsələlərə toxunulub.

Yazıda Qətərdəki Azərbaycan Cəmiyyətinin fəaliyyəti də geniş işıqlandırılıb. Azərbaycan icmasının üzvləri ilə müsahibələrə yer verilərək, Azərbaycan Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri haqqında danışılıb.

Həmçinin, Qətərin ingilis dilli “Gulf-times” qəzetinin 18 fevral tarixli nəşrində “Azərbaycan Qətər rezidentləri üçün ölkəyə girişdə viza almaq imkanının yaradılmasını planlaşdırır” başlıqlı yazı nəşr edilmişdir. Yazıda qətərli jurnalistlərin ölkəmizə son səfəri zamanı Dövlət Turizm Agentliyində keçirilmiş görüşlərinə istinad edilərək, xarici turistlər, xüsusilə Qətər vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi və ölkəmizdəki mövcud turizm imkanlarından geniş bəhs olunub.

Arxiv üzrə axtarış