2018-10-30

Azərbaycan nümayəndə heyəti Dohada keçirilən “Milipol Qətər-2018” sərgisində iştirak edir

29 oktyabr 2018-ci il tarixində Qətərin paytaxtı Doha şəhərində daxili təhlükəsizlik və mülki müdafiə üzrə 12-ci “Milipol Qətər-2018” sərgisi fəaliyyətə başlayıb. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi altında keçirilən sərgi Qətər Daxili İşlər Nazirliyi tərəfindən təşkil edilib.

Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvətinə əsasən, Azərbaycan Respublikası sərgidə Daxili işlər nazirinin müavini Oruc Zalov və Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

 

 

 

Arxiv üzrə axtarış