2018-10-19
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində 18 oktyabr - Müstəqillik günü qeyd edilib
18 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində Dövlət Müstəqilliyi günü qeyd edilib. Tədbirdə Qətərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və yerli ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra səfir Rəşad İsmayılov çıxış edərək, müstəqillik tariximiz barədə ətraflı məlumat verib. Tədbir ziyafətlə davam etdirilib.