2018-10-18

18 oktyabr Respublika günü münasibətilə Qətərin “Əl-Şərq” və “Raya” qəzetlərində yazılar nəşr edilib

18 oktyabr Respublika günü münasibətilə Azərbaycan Respublikasının Qətər dövlətindəki Səfirliyinin təşəbbüsü ilə Qətərin ərəb dilli “Əl-Şərq” və “Raya” qəzetlərində yazılar nəşr edilib.

Həmin yazılarda Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun mətbuat açıqlamasına istinad edilərək, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunduğu xatırlanmış və yeni dövlətin 1918-1920-ci illərdə mövcud olmuş müsəlman şərqinin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunduğu qeyd edilib. 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycanın bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətli inkişaf edən iqtisadiyyata malik dövlətlərindən olduğu vurğulanıb.

Yazılarda Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə geniş toxunulub. Dövlət başçılarının qarşılıqlı səfərlərinin və iki ölkə arasında imzalanmış 31 sənədin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilərək, ölkələrarası ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.  Ölkəmizdəki mövcud əlverişli investisiya mühiti və turizm imkanlarından danışılıb.

 

Arxiv üzrə axtarış