Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Universitetinin rektoru Həsən Rəşid Al Derham ilə görüş keçirib
1 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Universitetinin rektoru Həsən Rəşid Al Derham ilə görüş keçirib.
Görüşdə, ali təhsil müəssisələrində potensialın gücləndirilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, beynəlxalq təşkilatlarla və qabaqcıl təhsil sisteminə sahib ölkələrlə olan əməkdaşlıqdan bəhs edilərək, Azərbaycan Universitetləri ilə Qətər Universiteti arasında mövcud hüquqi bazaya müvafiq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi imkanları müzakirə edilib.
Qətər Universitetinin rektoru Həsən Rəşid Al Derham öz növbəsində, Qətər Universiteti ilə oxşar sahələrdə ixtisaslaşmış Azərbaycan Universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə elmi tədqiqatların aparılması və qarışlıqlı infoturların təşkilində maraqlı olduqlarını ifadə etdi.