2018-09-13

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin Nebras Enerji Şirkətində görüş keçirib

12 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov alternativ enerji sahəsində fəaliyyət göstərən Qətərin ən böyük sərmayədar şirkətlərindən biri olan Nebras Enerji Şirkətinin Biznesin inkişafı üzrə departament sədri Faisal Obaid Al Siddiqi ilə görüşüb.

Səfir ölkəmiz üçün alternativ enerji sahəsinin inkişafının səmərəlilik və ətraf mühitin qorunması baxımından əhəmiyyətinə toxunaraq Azərbaycan Respublikası Hökuməti tərəfindən qəbul olunmuş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində alternativ enerji sektorunun prioritet məsələ olduğunu vurğulayıb.

Faisal Obaid Al Siddiqi təmsil etdiyi şirkətin alternativ enerji sahəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini birldirərək, bu sahədə iki ölkə arasında əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcud olduğunu əlavə edib.

Arxiv üzrə axtarış