2018-05-23

Qətərin KİV-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün qeyd olunması ilə bağlı yazılar nəşr edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə  Qətər KİV -də, o cümlədən  “Əl-Ərəb”, “Əl-Şərq”, “Lusail”, “The Peninsula” və digər mətbuat orqanlarında bir sıra yazılar nəşr edilib.

Həmin yazılarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Qətər Dövlətində təşkil edilmiş rəsmi qəbul ətraflı işıqlandırılıb. Yazılarda AXC-nin yaranmasından və əldə etdiyi nailiyyətlərdən geniş bəhs olunub. Ölkəmizin davamlı inkişafından danışılmış və Azərbaycan - Qətər əlaqələrinin inkişaf perspektivlərinə toxunulub.

Arxiv üzrə axtarış