2018-04-23

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Qətərin “Discover Qatar” şirkətinin rəhbərliyi ilə görüşüb

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin “Discover Qatar” şirkətinin rəhbərliyi ilə görüş keçirib.

Qətər Hava Yolları şirkətinin tabeliyində fəaliyyət göstərən “Discover Qatar” şirkəti Qətərə gələn turistlərə daha keyfiyyətli xidmətin göstərilməsi məqsədilə yaradılıb. Şirkət eyni zamanda, Qətər vətəndaşları və rezidentləri üçün turistik səfərlər təşkil edir.

Görüşdə turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib. Ölkəmizin zəngin təbiəti və tarixi memarlıq abidələri, xalqımızın qonaqpərvərlik və tolerantlıq ənənələri haqqında məlumat verilib. Ölkəmizdəki müalicəvi Naftalan nefti, mineral su qaynaqları, qədim memarlıq abidələri, milli mətbəximiz və zəngin mədəniyyətimizin Azərbaycanda turizmin bütün növlərinin inkişafına əhəmiyyətli töhfə verdiyi diqqətə çatdırılıb.

 

Arxiv üzrə axtarış