2018-04-19
Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik etmişdir
Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqına isə daha sürətli inkişaf arzulayıram.
Ən yüksək ehtiramlarımla,
Abdullah bin Həməd Al Tani
Qətər Dövləti Əmirinin müavini