2018-04-19

Azərbaycan və Qətər Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır

16 aprel 2018-ci il tarixində Qətərin paytaxtı Dohada Qətər Milli Kitabxanasının yeni binasının açılış mərasimi keçirilmişdir. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov və Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov təmsil etmişdir.

Tədbirə bir sıra ölkələrin dövlət və hökumət başçıları, keçmiş prezidentləri, mədəniyyət və turizm nazirləri və milli kitabxanaların direktorları qatılmışlar.

Tədbirdən sonra qonaqların şərəfinə təşkil olunmuş ziyafətdə Qətər Əmiri Şeyx Təmin bin Həməd Al Tani ilə görüşən Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev ölkə Prezidentinin salamlarını Əmirə çatdırıb və bu möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik etmişdir.

18 aprel tarixində isə Qətər Milli Kitabxanasının yeni binasında Azərbaycan və Qətər Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır.

Arxiv üzrə axtarış