Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin Baladna şirkətində görüş keçirib
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin Baladna Qida Sənayesi şirkətinin icraçı direktoru Peter Veltevreden ilə görüşüb. Görüşdə şirkətlə ölkəmizin aidiyyəti şirkətləri arasında mümkün əməkdaşlıq əlaqələrinin qurulması imkanlarını müzakirə edilib.
Görüşdə toyuqculuq, ət və ət məhsulları və heyvan yemi istehsalı sahəsində Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkət haqqında müqabil tərəfə məlumat verilib və Baladna Qida Sənayesi şirkətinin ehtiyacı olan müxtəlif heyvan yemlərinin Azərbaycan şirkətləri tərəfindən qarşılanması təklif olunub.
P.Veltevreden qeyd edilən təklifi maraqla qarşılayaraq, məsələyə aidiyyəti üzrə baxılacağını bildirib.