2018-04-02
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər milli idxalat və ixracat şirkətinin (QNIE) idarə heyətinin üzvü Məhəmməd Zain Valid Alkhiyami ilə görüşmüşdür
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər milli idxalat və ixracat şirkətinin (QNIE) idarə heyətinin üzvü Məhəmməd Zain Valid Alkhiyami ilə keçirilən görüşdə ölkəmizin FMGC (Fast-moving consumer goods) məhsulları haqqında müqabil tərəfə məlumat verərək ölkəmizin ərzaq məhsulları istehsalçıları ilə əməkdaşlıq etməyə dəvət etmişdir.
Qeyd edək ki, QNIE Qətərdə ən böyük bazar payı olan FMGC distributor şirkətlərindən biri olub iri həcmli soyuducu anbarlara sahibdir.