2018-04-02

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin idxalçı şirkətlərində görüş keçirmişdir

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov ölkəmizdə istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının Qətər bazarında tanıdılması və təşviqi məqsədilə bu ölkənin idxalçı şirkətlərində görüş keçirmişdir.

Qətərin Milli Qida Şirkətinin (NAFCO) rəhbəri Manasvi Rasgotra ilə keçirilən görüşdə qarşı tərəfə ölkəmizin ixrac yönlü ərzaq malları haqqında məlumat verərək daha çox çeşiddə malların Qətər bazarına çıxarılması imkanları müzakirə edilmişdir.

Qeyd edək ki, “Hassad Food” (80%) və Qatar Sənaye İstehsalı şirkətinin - QIMC (20%) Qətərdə ictimai iaşənin təmin edilməsi məqsədi ilə birgə təsis etdiyi NAFCO bir sıra qida məhsullarının tədarükü, qablaşdırılması və saxlanılması üzə ixtisaslaşmış müəssisədir.        

 

Arxiv üzrə axtarış