2017-02-27

Azərbaycan Prezidenti İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri fevralın 27-də başa çatıb.

Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərinin “Hamad” beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı İlham Əliyevi Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola saldılar.

Arxiv üzrə axtarış