2016-07-20
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirini qəbul etmişdir
Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əlMuavidəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Nazir Elmar Məmmədyarov səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.