2016-05-28

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
 
Zati-aliləri.
 
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.
 
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu etməkdən məmnunluq hissi duyuram.
 
Ən yüksək ehtiramlarımla,
 
Abdullah bin Nasser bin Xəlifə Al Tani
 
Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri

Arxiv üzrə axtarış