25 aprel 2016-cı il tarixində Qətər dövləti Baş nazirinin müavini, Nazirlər Kabineti üzrə dövlət naziri Azərbaycan Respublikasına səfər etmişdir
25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Qətər dövləti Baş nazirinin müavini, Nazirlər Kabineti üzrə dövlət naziri Ahmed bin Abdullah Al Mahmoudun rəhbərlik etdiyi Qətər nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
Qonağı Heydər Əliyev adına beynəlxalq hava limanında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmiləri və Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri qarşılamışlar.
“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumunda dövlət və hökumət başçıları, nazirlər, regional və beynəlxalq təşkilatların nümayəndələri, gənclər, media, mədəniyyət, özəl sektor və s. təmsilçiləri iştirak edir.