2016-04-06

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətər Dövlətinə səfər etmişdir

4-5 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətində səfərdə olmuşdur.

4 aprel 2016-cı il tarixində nazir Əbülfəs Qarayev Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Ahmed bin Jassim bin Mohammed Al Tani ilə görüşmüşdür. Görüşdə Azərbaycanda mövcud olan turizm infrastrukturu və potensialı haqqında söhbət açılmış, hər iki ölkədən gələn turistlərin sayının artması istiqamətində görülməli işlər müzakirə edilmişdir. Bu sahədə infotur və press-turların keçirilməsi təklif olunmuş, qeyd olunmuşdur ki, qısa zaman müddətində tədbirlər planının hazırlanması üçün iki nazirlik arasında işçi qrup yaradılsın və turizm axınının artırılması məqsədilə təkliflər irəli sürülsün. Nazir Əbülfəs Qarayev Azərbaycanın turizm imkanlarından söhbət açarkən əsasən sağlamlıq turizmi, qış turizmi haqqında geniş məlumat vermiş, Şahdağ Turizm Kompleksinin geniş imkanlarından söhbət açmışdır.

Azərbaycan nümayəndə heyətinin tərkibinə nazirliyin rəhbər şəxsləri ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu və “Şahdağ Turizm Mərkəzi”-nin rəhbərləri və digər turizm sənayesi nümayəndələri də daxil olmuşdur. Səfər zamanı, həmçinin Azərbaycanın turizm sənayesi nümayəndələri Qətər turizm nümayəndələri ilə görüşlər keçirmiş, ikitərəfli əməkdaşlıq memorandumları imzalanmışdır.

Həmin gün nazir Əbülfəs Qarayevin Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə Qətərin Milli Teatr Binasında keçirilən görüşü zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə, həmçinin nazir Əbülfəs Qarayev Bakıda keçiriləcək Qlobal Forum haqqında məlumat vermiş və həmkarını tədbirdə iştirak etməyə dəvət etmişdir. İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin, Azərbaycan kino günlərinin təşkili, teatr kollektivlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən, opera nümunələri, musiqi sahəsi, əl işləri sərgiləri, muğam musiqisi ilə bağlı tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib.

Görüş zamanı Azərbaycanın və Qətərin birinci xanımları arasındakı yüksək münasibətdən söhbət açılmış, həmçinin qeyd olunmuşdur ki, onların rəhbərlik etdiyi fondlar arasında hazırda bir neçə layihə həyata keçirilir.

Nazir Əbülfəs Qarayev Qətərdə baş çəkdiyi İslam Muzeyindən söhbət açmış, Azərbaycan Milli İncəsənət Muzeyinin bu muzeydə sərgilərinin açılması təklifini irəli sürmüşdür. Eyni zamanda, Azərbaycan İncəsənət Muzeyində və ya Azərbaycan Xalça Muzeyində Qətər İslam Muzeyinin sərgisinin açılması da müzakirə olunmuşdur.

Qətərin mədəniyyət naziri Dohada keçiriləcək Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycan mətbəxinin təqdimatının keçirilməsini planlaşdırdıqlarını bildirmişdir.

Azərbaycanın İSESKO Baş Konfransına sədrliyi çərçivəsində Doha ilə Bakının müəyyən tədbirlərə imza atması imkanları vardır, bu səbəblə dünya ölkələrinin birində birgə sərginin və ya konsertin təşkilinin məqsədəuyğun hesab olduğu bildirilib.

2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları zamanı da birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

4 aprel tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin növbəti görüşü  “Qatar Airways” şirkətinin sədrinin birinci müavini ilə olmuşdur. Görüşdə 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi, reyslərin təşkili və "Azərbaycan Hava Yolları" (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına baxılması qeyd olunmuşdur.

 

5 aprel 2016-cı il tarixində nazir Əbülfəs Qarayev Qətərin sənaye və Ticarət Palatasının vitse-prezidenti Məhammed bin Ahmed bin Tovarla görüşmüşdür.

Görüş zamanı iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə əməkdaşlığın genişləndirilməsi və Qətər sərmayəsinin Azərbaycana cəlbi və hər iki ölkə investorları arasında əlaqələrin qurulması yolları müzakirə edilmişdir.

Nazir Azərbaycanın Qətər dövlətinə böyük önəm verdiyini bildirərək, qətərli iş adamlarını Azərbaycana səfər etməyə, investisiya imkanlarını öyrənməyə, azərbaycanlı tərəfdaşları ilə görüşməyə, həmçinin ölkənin iqtisadi və sənaye zonaları ilə tanış olmağa çağırmışdır.

Məhammed bin Ahmed bin Tovarl Qətər Palatasının hər iki ölkədən olan investorlar arasında əməkdaşlığın inkişafını alqışladığını bildirmiş və Qətər iş adamlarının Azərbaycanda investisiya imkanlarını araşdırmaq niyyətində olduğunu qeyd etmişdir.

Səfər çərçivəsində 4 aprel tarixində Dohada Azərbaycanın turizm potensialının təqdimatı keçirilmiş və buna həsr olunan mətbuat konfransı təşkil edilmişdir. Təqdimatda Azərbaycan turizm imkanları nümayiş olunmuş, sağlamlıq, ovçuluq, qış turizm növləri ilə bağlı çap məhsulları paylanmış və reklam çarxları göstərilmişdir. Nazir Əbülfəs Qarayev çıxışı zamanı qeyd edib ki, ölkəmiz Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır və hər kəsi Azərbaycana dəvət 

Arxiv üzrə axtarış