2016-03-08

Azərbaycanda rəsmi səfərdə olan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qətər Dövlətinin Əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qətər Dövlətinin Əmirinə raport verdi.

Qətər Dövlətinin və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Əmir Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qətər Dövlətinin Əmiri Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əmir Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan Prezidenti və Qətər Dövlətinin Əmiri rəsmi foto çəkdirdilər.


Arxiv üzrə axtarış