Səfir
Rəşad Fail oğlu İsmayılov
TƏRCÜMEYİ-HAL
07.06.1974 Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1981-1991 Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qizil medalla bitirib.
1991-1996 Baki Dövlət Universitetinin hüquq fakultəsinin əyanı şöbəsini fərqlənmə diplomu ilə bitirib.
2001-2003 Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsini bitirib.
1996-2003 Həyat Qeyri Hökümət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin Rəisi olmuşdur.
2003-2005 Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin “Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı “nın layihə rəhbəri olmuşdur.”Milli Sosial Müdafiə Sisteminin Inkişa Proqramı “nın kordinatoru, Azərbaycan Hökuməti ilə BMT-nin Inkişaf Proqramı arasında imzalanmış “Milli Sosial Müdafiə Sisteminin Inkişafı” layihəsi üzrə ölkənin məşğulluq strategiyasını hazırlanmasında yaxından iştirak etmışdir.
2008-2009 Latviyanın Parex Bankının törəmə müəssisəsi olan “Parex Leasing and Factoring” MMC- biznesin inkişafı üzrə Baş Direktorun müavini, həmcinin Latviya –Azərbaycan Ticarət Palatasının rəhbər olmuşdur.
2009-2010 Bank VTB(Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru olmuşdur.
2011-2015 SOCAR - "Ekol Mühəndislik Xidmətləri "QSC- də Baş direktorun müavini olmuşdur.
10.09.2015 Cənab Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib.
10.09.2015 Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.
07.02.2018 Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Ailə vəziyyəti: Evlidir, iki övladı var.
İngilis, türk və rus dillərini bilir.