İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan - Qətər münasibətləri 

Qısa tarixi məlumat:

Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü il tarixində yaradılmışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Dohada, Qətər Dövlətinin isə Bakıda səfirliyi fəaliyyətə başlamışdır.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər:

 

Dövlət başçıları:

2004-cü il 30 noyabr - 1 dekabr - Prezident cənab İlham Əliyevin rəsmi səfəri

2007-ci il 28 avqust - Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin rəsmi səfəri

2012-ci il 2-3 mart - Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin şəxsi səfəri

2014-cü il 6 fevral - Prezident cənab İlham Əliyevlə Qətər Əmiri Təmim bin Həməd Al Taninin Rusiya Federasiyasının Soçi şəhərində görüşü

2016-ci il 8-9 mart - Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəsmi səfəri

2017-ci il 26 - 27 fevral - Prezident cənab İlham Əliyevin rəsmi səfəri

 

Digər səfərlər:

2000-ci il 12-14 noyabr - Azərbaycan Respublikasının xarici işlər naziri V.Quliyevin səfəri

2002-ci il 28-30 oktyabr - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri N.Abbasovun səfəri

2005-ci il 26-28 aprel - Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri

2005-ci il 25-26 iyul - Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həməd bin Əli Əl-Atiyyənin rəsmi səfəri

2006-cı il 18-20 fevral - Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun səfəri

2006-cı il 19-21 iyun - Qətərin xarici işlər üzrə dövlət nazirinin səfəri

2007-ci il 12-13 mart - Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qətərə səfəri

2007-ci il 28 oktyabr-2 noyabr - Qətərin 1-ci xanımı, Qətər Fondunun Prezidenti Şeyxa Muza bint Naser Əl-Misnedin səfəri

2007-ci il 6-7 dekabr - Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri

2008-ci il 9-11 fevral - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru H.Paşayevin səfəri

2008-ci il 2-3 dekabr - Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri

2009-cu il 16-18 fevral - Azərbaycan Respublikasının maliyyə naziri S.Şərifovun rəsmi səfəri

2009-cu il 29-31 mart - Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri

2009-cu il 8-12 iyun - Qətərin Mədəniyyət, İncəsənət və İrs üzrə Milli Şurasının Baş katibi Mubarak bin Nasir Əl-Xəlifənin səfəri

2009-cu il 13-15 oktyabr - Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri

2009-cu il 3-5 noyabr - Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri

2010-cu il 11-12 yanvar - Azərbaycan Respublikasının xarici İşlər naziri E.Məmmədyarovun rəsmi səfəri

2010-cu il 14-16 fevral - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyevin səfəri

2010-cu il 28-31 mart - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəsmi səfəri

2010-cu il 11-12 aprel - Azərbaycan Respublikası xarici İşlər nazirinin müavini Araz Əzimovun rəsmi səfəri

2010-cu il 1-4 iyun - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayevin səfəri

2010-cu il 29-30 sentyabr - Qətərin ekologiya naziri Abdullah bin Mubarak bin Abud Əl-Madadinin səfəri

2011-ci il 25-27 aprel - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri H.Bağırovun səfəri

2011-ci il 28-30 noyabr - Azərbaycan Respublikasının nəqliyyat naziri Z.Məmmədovun səfəri

2011-ci il 28-30 noyabr - Qətər Xəbərlər Agentliyinin direktoru Əhməd Əl-Buayneynin səfəri

2012-ci il 12-14 fevral - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynovanın səfəri

2012-ci il 23-24 fevral - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri E.Mahmudovun rəsmi səfəri

2012-ci il 5-7 mart - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasovun işgüzar səfəri

2012-ci il 20-24 aprel - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin səfəri

2012-ci il 4-6 may - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri R.Rzayevin səfəri

2012-ci il 29-30 may - Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun rəsmi səfəri

2012-ci il 25-26 iyun - Qətərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Ali Şurasının Baş katibi Hessa Əl-Caberin səfəri

2012-ci il 17-19 noyabr - Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin səfəri

2013-cü il 17-18 mart - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin rəsmi səfəri

2013-cü il 11 iyun - Qətər xarici işlər nazirinin müavini Şeyx Əhməd bin Cəbr Al Taninin səfəri

2013-cü il 16-18 iyun - Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri T.Qəhrəmanov və B.Bədəlovun səfəri

2013-cü il 11 noyabr - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun işgüzar səfəri

2014-cü il 11-13 sentyabr -  Qətərin müdafiə məsələləri üzrə dövlət naziri general Həməd bin Əli Əl-Atiyyənin səfəri 

2014-cü il 19-21 oktyabr - Azərbaycan Respublikasının daxili İşlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi səfəri

2014-cü il 7-10 dekabr - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar  naziri   Ə.Abbasovun səfəri

2015-ci il 16 - 17 Mart - Qətərin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin səfəri

2015-ci il 12-19 aprel - Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri

2015-ci il 8-9 iyun - Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri

2015-ci il 12 iyun - Qətər Olimpiya Komitəsinin Prezidenti Şeyx Cuan bin Hamad Al Taninin səfəri

2015-ci il 23-27 noyabr  - Qətərin maarif və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadinin səfəri.

2015-ci il 7-9 dekabr - Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun səfəri

2016-cı il 4-5 aprel - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri

2016-cı il 17 aprel - Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin səfəri

2016-cı il 27 aprel - Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudun səfəri

2016-cı il 21-23 may - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun səfəri

2016-cı il 23 may - Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun səfəri

2016-ci il 31 oktyabr - 1 noyabr - Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər nazirinin müavini İsmət Əliyevin səfəri  

2016-cı il 12-18 noyabr - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin səfəri

2016-cı il 16-18 noyabr - Qətər İnformasiya Agentliyinin (QNA) baş direktoru Ahmed Saad Al Buainainin səfəri

2016-cı il 13 dekabr - Qətər Mülki Aviasiya Administrasiyasının sədri  Abdulla Nasser Turki Al-Subayın səfəri

2017-ci il 30-31 yanvar Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tanin rəsmi səfəri

2017-ci il 20 fevral - Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin səfəri

2017-ci il 30 aprel - Qətər Dövlətinin sabiq Baş naziri, sabiq XİN başçısı Şeyx Həməd bin Casim bin Cabir Al Taninin səfəri

2017-ci il 5 sentyabr - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin səfəri

2018-ci il 5-6 aprel - Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Mureyxinin səfəri

 

2018-ci il 15 aprel - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyevin səfəri 

2018-ci il 18 aprel - Qətərin mədəniyyət və idman naziri Salah bin Ğanim
Əl-Əlinin səfəri

20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilmiş və iclasın sonunda komissiyanın protokolu imzalanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərov Azərbaycan tərəfindən Komissiyaya rəhbərlik etmişdir.

11 aprel 2019-cu il tarixində Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd bin Əhməd Əl Misnədin səfəri.

19-20 iyul 2019-cu il tarixində Qətər Dövlətinin Bələdiyyə və Ətraf mühit naziri cənab Abdullah bin Abduləziz Əl Subainin səfəri

20-23 oktyabr 2019-cu il tarixində Bakı şəhərində təşkil edilən Qoşulmama Hərəkatının 18-ci zirvə görüşündə Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri cənab Sultan bin Saad Əl Mureyxinin iştirakı.

04 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun səfəri.

01 dekabr 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında siyasi məsləhətləşmələrin ilk iclası təşkil edilmişdir. İclasa Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl Mureyxi həmsədrlik etmişdir.

10 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun səfəri.

 

Parlamentlərarası əlaqələr:

Milli Məclisdə təsdiq edilmiş Azərbaycan - Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Tahir Rzayevdir.

 

İqtisadi əməkdaşlıq

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında diplomatik əlaqələrin yaradılmasından sonra bir çox sahələrdə olduğu kimi iqtisadi sahədə də əməkdaşlığın əsası qoyulmuş və inkişaf etməyə başlamışdır.

2016-cı ildə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılmışdır. Komissiyanın birinci iclası 31 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasında keçirilmişdir. 20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilmişdir.

Hökumətlərarası birgə komissiyaya Azərbaycan tərəfindən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qətər tərəfindən isə Baş nazirin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani rəhbərlik edir.

Ölkələr arasında “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu”, Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş” və iqtisadi əməkdaşlıqla bağlı imzalanmış digər sənədlər ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

20 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası və Qətər Dövləti arasında Sərmayə üzrə İşçi Qrupu yaradılmışdır. 16 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilmişdir

 

Mədəniyyət sahəsində əməkdaşlıq

30 noyabr 2004-cü il tarixində Doha şəhərində “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş”, 27 fevral 2017-ci il tarixində isə “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

6-11 iyun 2009-cu il tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasında Qətər Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət, İncəsənət və İrs üzrə Qətər Milli Şurasının Baş katibi Mubarak bin Nasir Al Xəlifənin rəhbərliyi ilə mədəniyyət xadimləri və incəsənət təmsilçilərindən ibarət 58 nəfərlik Qətər nümayəndə heyəti qeyd edilən tədbirdə iştirak etmişdir.

1-4 iyun 2010-cu il tarixində Qətər Dövlətində ilk Azərbaycan Mədəniyyət Günləri təşkil edilmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi təqribən 150 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Azərbaycan Mədəniyyət Günlərində iştirak etmək məqsədilə Qətərə səfər etmişdir.

Mədəniyyət Günləri çərçivəsində tamaşaçılara Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi və Rəqs Ansambllarının ifaları və Dövlət Akademik Opera və Balet Teatrı artistlərinin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun“ operası təqdim edilmişdir.

4-5 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətində səfərdə olmuşdur.

27 aprel 2016-cı il tarixində Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmud BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Ahmed bin Abdullah Al Mahmud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir.

 

Diaspora: Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin konsulluq bölməsində qeydiyyatda duran Azərbaycan Respublikası vətəndaşlarının sayı 81 nəfərdir.

Qətər Dövlətində yaşayan həmvətənlərimiz əsasən neft və qaz, tibb, turizm və digər biznes sahələrində fəaliyyət göstərirlər. AR vətəndaşları əsasən paytaxt Doha şəhərində yaşayırlar.

Qətərdə azərbaycanlıların diaspora təşkilatı fəaliyyət göstərmir, lakin həmvətənlərimiz il ərzində Səfirlik tərəfindən təşkil edilən bütün tədbirlərdə (Azərbaycanın Müstəqilliyi Günü, Xocalı soyqırımı, Dünya Azərbaycanlıların Həmrəylik Günü, Respublika Günü və s.) fəal iştirak edirlər

 

Müqavilə-hüququ bazası:

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında 32 sənəd imzalanmışdır.

 

Konsulluq məsələləri:

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin Konsulluq Şöbəsi :

Ünvan: Qətər, Doha, West Bay, Dafna, küçə 66, Saha 41

P.O.Box:      23900

Telefon: (+974) 4493 2450, 4411 3706

Faks :   (+974) 4493 1755

E-mail:  azembassy@qatar.net.qa

İnternet səhifəsi: http://doha.mfa.gov.az

İş saatları: 9:00-dan - 15:00-dək

İstirahət günləri: Cümə və Şənbə günləri

Viza rejimi:  Azərbaycan Respublikası və Qətər Dövləti arasında viza rejimi mövcuddur. Qətər Dövlətinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları Qətərin ölkəmizdəki Səfirliyindən viza əldə etməlidir. Vizanın növləri və tətbiq edilən rüsumlar barədə ətraflı məlumatı Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin internet səhifəsindən əldə etmək mümkündür.

Bax: https://mofa.gov.qa/en/consular-services/visas

Qətərə turist vizası: Qətərə turist kimi səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları ölkəyə daxil olarkən turist vizası əldə edə bilər. 30 gün müddətinə rüsumsuz verilən turist vizası çoxdəfəlidir və əlavə 30 gün müddətinə uzadıla bilər. Vizanın verilməsi üçün əsas şərt pasportun etibarlılıq müddətinin 6 aydan çox olması və vətəndaşın ölkədən çıxması üçün təyyarə biletinə sahib olmasıdır. 

Qeyd edilən viza haqqında ətraflı məlumatı Qətərin Daxili İşlər Nazirliyinin  səhifəsindən əldə etmək mümkündür.

Bax: https://portal.moi.gov.qa/qatarvisas/

Diplomatik pasportlara malik vətəndaşların nəzərinə: 2010-cu ilin yanvar ayının 12-də Doha şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hər iki dövlətin diplomatik və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş”ə əsasən diplomatik pasportlara malik Azərbaycan vətəndaşları Qətərə vizasız səyahət etmək hüququna malikdir.  

Ölkədə qalma və hərəkət: Qətərdə daimi və ya müvəqqəti yaşamaq üçün yaşayış icazəsi (iqama) əldə etmək lazımdır. Daxili İşlər Nazirliyi tərəfindən rəsmiləşdirilən bu sənəd vasitəsilə əcnəbi ölkə daxilində istənilən yerə hərəkət edə bilər.

Heyvanların ölkəyə gətirilməsi:  Ev heyvanlarının Qətərə gətirilməsi üçün müəyyən proseduralara əməl edilməli və bunun üçün Qətərdəki baytarlıq idarələrinin birindən müvafiq idxal icazəsi alınmalıdır: İdxal icazəsinin etibarlılıq müddəti bir ay təyin olunur. Qeyd edilən icazənin alınması məqsədlə müraciət edərkən aşağıdakı sənədlər təqdim edilməlidir:

-  Müvafiq ərizə-anket forması

- Heyvan sahibinin şəxsiyyətini təsdiq edən sənədin (İD) surəti

- Heyvanın peyvənd qeydləri sənədi

İkitərəfli nəqliyyat imkanları: Azərbaycan və Qətər arasında birbaşa ikitərəfli sərnişin nəqliyyatı hava nəqliyyatı vasitəsilə təmin olunur. Qətər Hava Yolları Doha-Bakı-Doha marşrutu üzrə həftədə 14 dəfə uçuşlar həyata keçirir. İki ölkə arasında yük daşımaları hava, dəniz və avtomobil nəqliyyatı vasitəsilə təmin edilir.

Gömrük qaydaları: Qətərə səfər edən şəxslərin əksər dünya ölkələrindəki gömrük qaydalarından fərqli olaraq diqqət edəcəyi əsas məsələ ölkəyə spirtli içkilərin gətirilməsinə icazənin verilməməsidir.

Əlavə məlumat üçün bax:  http://customs.gov.qa/eng/traveller.php

 

Arxiv üzrə axtarış