YUNESKO -nun Ümumdünya İrs Komitəsinin 43-cü Bakı sessiyası

  • Azərbaycan Respublikası Prezidentinin YUNESKO -nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında 2019-cu il 2 aprel tarixli 1074 nömrəli sərəncamına əsasən, YUNESKO-nun rəsmi dəvət məktubunu və həmin təşkilatın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən sənədi təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər 2019-cu il iyunun 20-dən iyulun 10-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

  • YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanın 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı olacaqdır. Elektron vizanın alınması Sistemin internet informasiya ehtiyatı (evisa.gov.az) üzərindən həyata keçirilir. Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektorn viza almaq üçün müraciətlərinə 3 iş günü müddətində, sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə isə 3 saat ərzində baxılır.

 

Arxiv üzrə axtarış