“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

Xəbərlər

2023 Formula 1 Azərbaycan Qran-Pri yarışı
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi Novruz bayramı ilə əlaqədar 20 mart 2023 - cü il bazar ertəsindən 26 mart 2023 - cü il bazar gününə qədər bağlı olacaq . Səfirlik 27 mart 2023-cü il bazar ertəsi günü işini bərpa edəcək.
4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətində işgüzar səfərdə olmuşdur.
Qətər Dövlətində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
22 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətinə təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev etimadnaməsini Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edib.
Qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralılara və xəsarət alanlara şəfa diləyirik.
Orxan Əsgərovun ailə üzvlərinə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi adından dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu barədə bəyanat
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Respublikasının Qətər Dövlətindəki Səfirliyində anım mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci ilin 30 oktyabr tarixində Qətər Dövlətinə rəsmi səfəri çərçivəsində Dohada yeni təsis edilmiş “Azərbaycan Ticarət Evi”nin rəsmi açılış mərasimində iştirak etmişdir.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci ilin 30 oktyabr tarixində Qətər Dövlətinə rəsmi səfər etmişdir.
2022-ci ildə Azərbaycanda “Şuşa İli” elan olunması çərçivəsində, Qətər Dövlətindəki Səfirliyimizin təşəbbüsü və bu ölkədəki Azərbaycan icmasının təşkilatçılığı ilə Dohada Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağındakı uşaqların əl işlərindən ibarət xeyriyyə sərgisi keçirilmişdir.
Müstəqilliyin Bərpası günü
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti