“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 fevral 2023

22 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətinə təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev etimadnaməsini Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib.

22 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətinə təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev etimadnaməsini Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib.

Qarşılanma mərasimindən sonra Şeyx Təmim bin Həməd Al Tani ilə keçirilmiş görüş zamanı, səfir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Qətər Əmirinə çatdırıb. Öz növbəsində, Qətər Əmiri, onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Əmir, Azərbaycanın qardaş ölkə olduğunu vurğulayaraq, iki ölkə arasında xüsusilə də iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını və bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Səfir M.Əliyev, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edərək, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Şeyx Təmim bin Həməd Al Tani, sonda bir daha səfir M.Əliyevi təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti