Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Səfirlikdə təşkil olunmuş anım günü
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə, Səfirliyin diplomatik heyəti və Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin davamında səfir Adış Məmmədov bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunan Xocalı soyqırımı barəsində çıxış etmişdir. Sonra tədbir iştirakçıları səfirliyin foyesində təşkil olunmuş Xocalı soyqırımı ilə bağlı fotostend, həmçinin soyqırımı haqqında faktlara əsaslanan ərəb və ingilis dilində kitabların sərgisi ilə tanış olublar.