“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mətbuat şərhi 20 dekabr 2025

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin Qətər Dövlətinə işgüzar səfəri

2025-ci ilin 14-20 dekabr tarixlərində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfər edib.

Səfər çərçivəsində 15 dekabr tarixində, Baş Prokuror Qətər Əmirinin qlobal korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetmə mərasimində iştirak edib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti