“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2021

AR-in Qətərdəki Səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində anım tədbiri keçirilib. Tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar, yerli ictimaiyyət nümayəndələri, o cümlədən qardaş Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Mustafa Göksü iştirak ediblər.

Tədbir zamanı ilk öncə Xocalı faciəsinin qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra səfir Rəşad İsmayılov  çıxış edərək, Xocalı faciəsi və Azərbaycan-Ermənistan münaqişəsi haqqında danışıb. Xocalı soyqırımının 20-ci əsrdə mülki və dinc əhaliyə qarşı törədilmiş ən qəddar cinayət əməllərindən biri olduğunu qeyd edən səfir, Ermənistanın ikinci Qarabağ müharibəsi zamanı da oxşar əməllərə əl ataraq mülki əhalini hədəf aldığını bildirib.

Tədbirdə çıxış edən Türkiyənin Qətərdəki səfiri M.Göksu Xocalı soyqırımı qurbanlarını ehtiramla anıb və Vətən müharibəsində əldə olunmuş şanlı qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Çıxışlardan sonra Xocalı soyqırımı ilə əlaqədar sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən foto sərgi təşkil olunub, kitab və informasiya materialları nümayiş etdirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti