“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 noyabr 2021

Qətərdə Zəfər Gününə həsr olunmuş "Zəfər futbol turniri" keçirilib

Doha şəhərində Azərbaycan və qardaş Türkiyə səfirliklərinin, eləcə də Qətərdə yaşayan Azərbaycan və Türkiyə icmalarının nümayəndələrinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib. Qardaşlıq mühitində baş tutmuş dörd oyundan sonra Türkiyə Səfirliyinin komandası birinci yeri tutub. Yarışın qalib və iştirakçıları kubok və medallarla mükafatlandırılıblar. Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri cənab Rəşad İsmayılov və qardaş Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri cənab Mustafa Göksu komandaların üzvlərini təbrik ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti