“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 iyul 2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaieni qəbul edib.

Nazir Abdullah bin Abdulaziz bin Turki Al-Subaie Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçına çatdırdı. O, Azərbaycanda müvafiq qurumların rəhbərləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırdı.

Dövlətimizin başçısı Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaienin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.

Söhbət zamanı ekologiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti