Əziz həmvətənlərimizə bayram təbriki
Əziz həmvətənlər,
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin kollektivi adından Sizi xalqımızın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olan 28 May-Müstəqillik günü və Müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.
Sizin hər birinizə və ailə üzvlərinizə möhkəm can sağlığı, sevinc və xoşbəxtlik dolu günlər arzulayır, milli mənəvi dəyərlərimizə sadiqlik, Vətənə sevgi və sədaqət hisslərinin hər zaman qəlbinizdə yaşamasını diləyirik.
Bayramınız mübarək!