Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Səfirlikdə təşkil olunmuş anım tədbiri
11 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunmuşdur. Tədbirdə, Səfirliyin diplomatik heyəti və Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.