Azərbaycana səfər etmək üçün asanlaşdırılmış müvəqqəti viza proseduru
15 fevral 2026-cı ildən 15 fevral 2027-ci ilə qədər Qətər Dövlətində müvəqqəti və ya daimi yaşayış icazəsinə malik olan, müvafiq qaydalara uyğun olaraq verilmiş və ən azı altı ay müddətində qüvvədə olan üçüncü ölkə vətəndaşları üçün Azərbaycan Respublikasının bütün beynəlxalq hava limanlarında viza prosedurları asanlaşdırılacaq. Bu sənədin sahibləri Azərbaycan Respublikasının bütün beynəlxalq hava limanlarında 30 günlük birdəfəlik turistik giriş vizası üçün müraciət edə bilərlər.