“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 oktyabr 2021

Azərbaycan və Qətər xarici işlər nazirlərinin görüşünə dair

18 oktyabr 2021-ci il tarixində Qətər Dövlətinin Baş Nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovla görüşmüşdür.

Görüş zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələri və bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilmişdir.

Görüşdən sonra nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalamışlar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti