“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 fevral 2020

Qərargahı Dohada yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyinin rəsmi saytında Xocalı soyqırımı ilə əlaqədar məqalə dərc olunub

26 fevral 2020-ci il tarixində qərargahı Qətərin Doha şəhərində yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyinin rəsmi saytında Xocalı soyqırımı ilə əlaqədar məqalə dərc olunub. "Faciəvi Xocalı qırğınından 28 il ötür" başlıqlı məqalədə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib, törədilmiş qırğınlar, onların həcmi, dəyən zərərdən söz açılıb. Bildirilib ki, Xocalı faciəsi 20-ci əsrin ən dəhşətli cinayətlərindən biridir. Xocalıda baş vermiş qırğınlar beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin beynəlxalq konvensiyaların müddəalarına kobud qaydada ziddir. Yazıda Xocalıda insanların xüsusi amansızlıqla qətlə yetirilməsinə xüsusi toxunulub. Məqalədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, işğalın nəticələri, o cümlədən 1 milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşməsi, münaqişə zamanı 30 minə yaxın insanın həyatını itirməsi qeyd olunub.  Dünyanın 70-dən çox ölkəsində minlərlə üzvü olan MABB-ın sözügedən addımı Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

             

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti