“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 mart 2019

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Təhsil və Ali Təhsil Naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadi ilə görüş keçirib

10 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov və Qətər Dövlətinin Təhsil və Ali Təhsil Naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadi arasında görüş keçirib.

Görüşdə 20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında iqtisadi, ticarət və texniki Komissiyanın 2-ci iclasının yekununa dair imzalanmış protokolda yer alan iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti