“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 mart 2018

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qazaxıstan Respublikasının Qətər Dövlətindəki səfiri Askar Şokybaev ilə görüşüb

15 mart 2018-ci il tarixində Qətər Dövlətinə yeni təyin olunmuş Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov  Qazaxıstan Respublikasının Qətər Dövlətindəki səfiri Askar Şokybaevilə nəzakət görüşü keçirib.

A. Şokybaev səfir R.İsmayılovu təyinatı ilə bağlı təbrikedərək ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında olan oxşar adət-ənənələr, tarixi dostluq və qardaşlıq əlaqələrindən bəhs edilib və hər iki ölənin Qətər Dövləti ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti