“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 oktyabr 2020

Səfir Rəşad İsmayılov Qətərdə fəaliyyət göstərən Türkiyəyə məxsus dövlət və özəl təşkilatların rəhbər və nümayəndələrindən ibarət Koordinasiya şurasının üzvləri ilə geniş tərkibdə görüş keçirmişdir

Türkiyənin Qətərdəki Səfirliyində Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılovun və Türkiyəli səfir Mehmet Mustafa Göksunun iştirakı ilə Qətərdə fəaliyyət göstərən Türkiyəyə məxsus dövlət və özəl təşkilatların rəhbər və nümayəndələrindən ibarət Koordinasiya şurasının üzvləri ilə geniş tərkibdə görüş keçirilmişdir. Görüşdə səfir R.İsmayılov Dağlıq Qarabağın, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə geniş toxunmuş və konflikt barədə həqiqətləri izah edərək dinləyiciləri hərtərəfli maarifləndirmişdir.

Görüşün sonunda Türkiyənin Qətərdəki səfiri Mehmet Mustafa Göksu səfir R.İsmayılova təqdim etdiyi faydalı və maarifləndirici çıxışı üçün öz adından və Koordinasiya Şurasının üzvləri adından minnətdarlığını  bildirmiş, onların da qardaş Azərbaycanın bu haqlı mübarizəsini dəstəkləyəcəklərini və bu məsələdə üzərlərinə düşən işlərdə səssiz qalmayacaqlarını ifadə etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti