“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 yanvar 2020

Səfir Rəşad İsmayılov Qətər Dövlətinin Baş Prokuroru Əli bin Futeys Əl-Mərri ilə görüşüb

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Baş Prokuroru Əli bin Futeys Əl-Mərri ilə görüşüb.

 Görüşdə Azərbaycan ilə Qətər arasında prokurorluq və istintaq orqanları arasında əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq kəsb edən mövzular müzakirə edilib.

Səfir Rəşad İsmayılov Azərbaycan ilə Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb və ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bildirib. O, Azərbaycanın Qətər ilə münasibətlərə böyük önəm verdiyini və bu əlaqələrin hərtərəfli genişləndirilməsi və möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə hər iki ölkənin istintaq və prokurorluq orqanları arasında əməkdaşlıq və onun inkişaf perspektivləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti