2020-07-21
Qətərin ərəb dilli “Əl-Şərq” və ingilis dilli “Peninsula” qəzetlərində İçərişəhər və onun müstəsna bəşəri əhəmiyyətinə dair məqalələr dərc olunub.

Məqalələrdə İçərişəhərin tarixi təşəkkülü barədə məlumat verilib, onun unikal memarlıq incisi olduğu bildirilib. Qeyd olunub ki, İçərişəhər qədim Bakının mərkəzi, Bakı isə orta əsrlər Azərbaycan dövləti olan Şirvanşahların paytaxtı olub. 19-cu əsrdə neft sənayesinin inkişafı ilə Bakının sürətlə böyüməsinə və memarlıq xüsusiyyətlərinin dəyişməsinə baxmayaraq, İçərişəhər tarixi özünəməxsusluğunu və arxitekturasını qoruyub saxlayıb. Məqalələrdə 2000-ci ildə İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi bildirilib. İçərişəhərin ən məşhur tarixi tikililəri olan Qız qalası, Şirvanşahlar Sarayı kompleksi və Məhəmməd məscidi barədə, həmçinin İçərişəhərin statusu, idarə olunması və qorunması barədə ətraflı məlumat verilib.

növbəti xəbər əvvəlki xəbər