2020-05-30
Qətərin “Luseyl” qəzeti səfir R.İsmayılovun 28 May – Respublika günü ilə əlaqədar onlayn mətbuat konfransı barədə məqalə yayımlayıb

Qətərin ərəb dilli “Luseyl” qəzetinin 29 may 2020-ci il tarixli sayında səfir Rəşad İsmayılovun 28 May – Respublika günü münasibəti ilə yerli KİV nümayəndələrinə verdiyi mətbuat açıqlamaları yer alıb. Geniş məqalədə Azərbaycan Xalq Cümhuriyyəti, Qətər-Azərbaycan əlaqələri, iki ölkə arasında ticarət dövriyyəsi, əsas idxal-ixrac malları, invesitiya sahəsində əməkdaşlıq,  koronavirus pandemiyası ilə birgə mübarizə, Qətərdə virusla mübarizə tədbirləri, pandemiya dövründə Səfirliyin fəaliyyəti və  Azərbaycan icması ilə aparılan iş barədə geniş və hərtəfəli məlumatlar yer alıb.

növbəti xəbər əvvəlki xəbər